BAKI, 14 iyun-Sputnik. Manatın qara günləri davam edir. Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının iyunun 16-na rəsmi məzənnəsini 1,5150 AZN/USD səviyyəsində müəyyən edib.
Sputnik AMB-yə istinadla xəbər verir ki, bu, gündəlik 0,20% artım deməkdir.
İyunun 14-də rəsmi məzənnə 1,5120 AZN/USD səviyyəsində olub.