Bakıda keçirilən Formula-1 Avropa Qran Pri yarışı iyunun 17-də başlayacaq. Bu gün axşam saatlarından etibarən səkiqırağı tikinti işlərini başa çatdırmaq üçün trekin ərazisinə düşən yollar bağlanacaq, 83 yerdə təhlükəsizlik baryerlərinin quraşdırılması tamamlanmalıdır.
Yarışın keçiriləcəyi umumi yolun uzunluğu 6 km olacaq. Yarış maşınları 51 dəfə həmin yoldan keçəcəklər. Sözügedən yolda 20 döngə var və o Bakının maraqlı yerlərindən, o cümlədən Dənizkənarı Milli Parkdan, İçərişəhər ətrafından keçir. Yarış zamanı maşınların sürəti 340 km-ə qədər çatacaq. Yarışı tribunalardan 30 minə qədər insan izləyəcək. Tamaşaçılardan 15 minə qədəri yarışı oturacaqları olan tribunalardan, 15 minə qədəri isə ayaqüstü tribunalardan izləyəcək.