Qəddafinin xəncərini satarkən yaxalandı

© palitraQəddafinin xəncəri
Qəddafinin xəncəri - Sputnik Azərbaycan
Abunə olmaq
İstanbul polisi Liviya diktatoru Müəmmər Qəddafinin xəncərini satmağı planlaşdıran türkiyəli biznesmeni saxlayıb.

BAKI, 13 iyun-Sputnik. İstanbul polisi Liviya diktatoru Müəmmər Qəddafinin xəncərini satmağı planlaşdıran türkiyəli biznesmeni saxlayıb.

Sputnik-in məlumatına görə, fil sümüyü, qızıl və brilyantla bəzədilmiş xəncər Qəddafi devrildikdən sonra ölkədən çıxarılıb.

Biznesmen yerli müxalifətçilərə 4,6 milyon dollar ödəyərək aldığı xəncəri Səudiyyə Ərəbistanından olan biznesmenə 10 milyona satmaq istəyərkən yaxalanıb.

Xəncərin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi təsdiqlənib.

Biznesmen tarixi dəyəri olan əşyaların qanunsuz dövriyyəsi ilə bağlı beynəlxalq konvensiyaları pozduğuna görə həbs edilib.

Xəbər lenti
0