Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanı parçalanmadan kim xilas etdi?!

© Sputnik / Murad OrujovMətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət - Sputnik Azərbaycan
Abunə olmaq
"Sputnik" Mətbuat Mərkəzində "1993-cü ilin iyun hadisələri bu günki siyasətin prizmasından" mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycanı parçalanmadan kim xilas etdi?!
BAKI, 13 iyun-Sputnik. "1993-cü ildən artıq 23 il keçir və biz geriyə baxıb daha soyuq başla analiz edib nəticələr çıxara bilərik. Mən xatırlayıram, o hadisələr vaxtı çox emosional ortam vardı, ölkə faktiki olaraq vətəndaş müharibəsi içində idi". Bu fikirləri iyunun 13-də "Sputnik" Mətbuat Mərkəzində "1993-cü ilin iyun hadisələri bu günki siyasətin prizmasından" mövzusunda keçirilən dəyirmi masada Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bildirib.

"Zaman keçdikcə Azərbaycan bir həqiqəti tam şəkildə dərk etməyə başlayıb və artıq bu dərk edilir, geri dönüşü də yoxdur. Həqiqət nədən ibarətdir? O dövrdə sadəcə olaraq bəxtimiz gətirdi ki, Heydər Əliyev öz təcrübəsi, geniş əlaqələri, yüksək peşəkarlığı və idarəetmə qabiliyyəti ilə yenidən meydana çıxdı",- deyə Azər Həsrət bildirib.

Həsrət qeyd edib ki, o zaman Azərbaycan parçalanırdı, torpaqlarımız işğal olunurdu, lakin Heydər Əliyev hakimiyyətə gələndən sonra problemlər həll olundu:
"Azərbaycanda etnik separatçılıq toxumları səpilirdi. Bu məsələ təkcə Dağlıq Qarabağda ermənilərin üzərində işlənmirdi. Bəlli xarici güclər hərəkətə keçmişdilər, Azərbaycan bölünürdü, parçalanırdı, torpaqlarımız işğal olunurdu. Təkcə bununla məsələ bitmirdi — Azərbaycanın şimalında ləzgilərin, digər tərəfdə isə avarların hərəkətləndirilməsi prosesləri baş verirdi. Bunun ardından Talış-Muğan məsələsi meydana çıxdı, cənubda artıq Azərbaycanı parçalamaq üçün cəhdlər edildi. Bütün bunlarla bərabər, Azərbaycanda süni şəkildə rusların və rusdillilərin sıxışdırılması ab-havası yaradılırdı".

Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan parçalanmaqdan xilas oldu.

Tədbirdə iştirak edən Heydər Əliyev İrsini Araşdırma Mərkəzi analitik qrupunun rəhbəri Gündüz Nəsibovun sözlərinə görə isə, həmin vaxt ölkədə indiki Ukrayna ssenarisi təkrarlanacaqdı:

"Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın vəziyyətini mən daha çox Ukraynaya oxşadardım. Ona görə də mən hesab edirəm ki, Heydər Əliyevin hakimiyyətə dəvət olunması o vaxtkı Xalq Cəbhəsi hökumətinin yeganə düzgün addımı idi."

Xatırladaq ki, 15 iyun Azərbaycan xalqının milli qurtuluş günü kimi qeyd olunur. Xalqın təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharisəninin alovlanmasından xilas etdi.

Xəbər lenti
0