İŞİD lideri Əbu Bəkr əl-Bağdadi öldürülüb

© AP PhotoƏbu Bəkr əl-Bağdadi
Əbu Bəkr əl-Bağdadi - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD Əbu Bəkr əl-Bağdadinin koalisiya təyyarələrinin hücumu zamanı öldüyünü elan edib.

BAKI, 13 iyun-Sputnik. İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Suriyanın Rakka şəhərində öldüyü deyilir. Koalisiya gücləri iddia ilə bağlı bir açıqlama verməyib.

Sputnik Türkiyənin "Akşam" qəzetinə istinadla xəbər verir ki, terror təşkilatı İŞİD-in internet saytında Əbu Bəkr əl-Bağdadinin öldüyü iddia edilib. Dünən ərəb mətbuatında İŞİD liderinin ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriyadakı hava hücumlarında öldüyü iddia edilib.

Ancaq məsələ ilə bağlı ətraflı məlumat verilməyib. Terror təşkilatı İŞİD internet saytında bu iddiaları təsdiqləyən bir açıqlama yayıb.

İŞİD-in "Amag" adlı rəsmi internet saytında nəşr olunan açıqlamada "Xəlifə" adlandırılan Bağdadinin öldüyü bildirilib. Saytda "Əbu Bəkr əl-Bağdadi Ramazanın 5-ci günündə koalisiya təyyarələrinin Rakkaya hücumu zamanı öldü" yazılıb.

Xəbər lenti
0