BAKI, 13 iyun-Sputnik. Sabunçu rayon Polis İdarəsinin Nardaran qəsəbəsindəki 42-ci Polis bölməsinin rəisi, polis polkovniki Azər Cahangirov vəzifəsindən azad edilib.
Sputnik Trend-ə istinadən xəbər verir ki, polkovnik A.Cahangirov Abşeron rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.
A.Cahangirov artıq kollektivə təqdim olunub.
Qeyd edək ki, Nardaran qəsəbəsinin mərkəzi meydanında polis bölməsi üçün inşa edilən inzibati bina ötən ilin dekabr aytında istifadəyə verilib.
O zaman Polis bölməsinin şəxsi heyəti formalaşdırılıb və bölmənin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovniki Azər Cahangirova həvalə edilib.
Azər Cahangirov daha əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini, DİN-in Baş Cinayət Axtarış İdarəsinin əməkdaşı vəzifələrini tutub.