Etibar Məmmədovun "yadigarı"nı oğurlayıblar

© Photo : APAEtibar Məmmədov
Etibar Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Partiyanın qərargahından müxtəlif sənədləri və məişət əşyalarını aparıblar.

BAKI, 13 iyun-Sputnik. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahından oğurluq olub.

Sputnik APA-ya istinadla xəbər verir ki, bu barədə Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, AMİP-in baş katibi və sədr əvəzi Arzuxan Əlizadə polisə ərizə ilə müraciət edərək partiyanın Binəqədi rayonu Ə. Naxçıvani küçəsi 39 ünvanında yerləşən qərargahından müxtəlif sənədlərin və məişət əşyalarının oğurlandığını bildirib.

Araşdırmalar zamanı hadisənin Nicat İsmayılov tərəfindən törədilməsi müəyyən edilib.

A.Əlizadə faktı təsdiqləyib. Qeyd edib ki, artıq hadisəni törədən şəxs barəsində cinayət işi başlanıb.

Hadisə baş verən ofisdə partiyanın Binəqədi təşkilatı yerləşir. "Həmin ofisi biz icarəyə götürmüşük. Sonradan məlum oldu ki, ofisi özəlləşdiriblər və bizə xəbərdarlıq etmədən ora müdaxilə edib, partiyaya məxsus arxiv sənədləri götürüblər. Biz də məsələnin hüquqi müstəvidə həll olunmasına qərar verdik." — deyə Əlizadə əlavə edib.

Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədovdur. O, partiya sədrliyindən istefa verdikdən sonra, bu partiyanın fəaliyyəti zəifləyib.

Xəbər lenti
0