BAKI, 12 iyun — Sputnik. ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.
Sputnik-in “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Orlando meri Baddi Dayer açıqlayıb.
B. Dayer deyib ki, terror aktı nəticəsində 20 nəfər yox, 50 nəfər ölüb.
Bu arada konqressmen Piter Kinq kluba hücum edənin Əfqanıstan mənşəli Ömər Mətin olduğunu açıqlayıb.