BAKI, 12 iyun — Sputnik. ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda baş verən olayı Orlando polisi terror aktı adlandırıb.
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bunu bu gün Orlando şəhərinin polis rəisi Con Mina keçirdiyi mətbuat konfransında bildirib.
Gecə klubunda insanlar atəş açan şəxsin üzərində bir avtomat və bir tapança olub. Atışma zamanı bir polis əməkdaşı da yaralanıb.
Qeyd edək ki, “Pulse” gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə yaxın insan ölüb, 42 nəfər yaralanıb. İnsanlara atəş açan şəxs polislə atışma zamanı öldürülüb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.