BAKI, 12 iyun-Sputnik. Azərbaycanda bazar ertəsinə gözlənilən hava şəraiti açıqlanıb.
Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, iyunun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Yağışın Lənkəran-Astara zonasında intensiv olacağı ehtimal var. Hava gündüz əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Departamentindən Sputnik-in sorğusuna cavab olaraq bildirilib ki, yaxın günlərdə ölkədə qızmar yay havası gözlənilmir. Payız havası qarşıdan gələn həftənin sonunadək davam edəcək.