Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

“Onlar gözəl mütəxəssis olacaqlar”

© Sputnik / "Biosfer" İctimai Birliyi"Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinin icrasını davam etdirir
Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili layihəsinin icrasını davam etdirir - Sputnik Azərbaycan
Abunə olmaq
“Biosfer” İctimai Birliyi əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün növbəti peşəyönümlü kurslar təşkil edib.

BAKI, 11 iyun — Sputnik. "Biosfer" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinin icrasını davam etdirir. İctimai Birlikdən Sputnik-ə verilən məlumata görə, mayın 1-dən başlayaraq, layihənin icrası ilə əlaqədar işçi qrupu yaradılıb, tədbirlərin keçirilməsi üçün hazırlıq işləri planlaşdırılıb, tədbirlərin keçirilməsi üçün yerlər müəyyənləşdirilib və mütəxəsislərdən ibarət məsləhət şurası yaradılıb.

İyunun 11-də əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün növbəti peşəyönümlü kurslar təşkil olunub. Xəzər rayonu, Əhməd Baxşiyev adına 38 saylı Texniki-Yaradıcılıq Mərkəzində (TYM) təşkil olunan kursda, 6-14 yaş arası 25-dək uşaq, həmçinin onların bəzilərinin valideynləri və təlimçilər iştirak edib.

© Sputnik / "Biosfer" İctimai BirliyiKurs zamanı, əlilliyi və sağlıq imkanı məhdud olan uşaqlara toxuculuq, hörmə, rəsm çəkmə, suvenir hazırlama və digər peşə sahələrinə dair biliklər öyrədilib
Kurs zamanı, əlilliyi və sağlıq imkanı məhdud olan uşaqlara toxuculuq, hörmə, rəsm çəkmə, suvenir hazırlama və digər peşə sahələrinə dair biliklər öyrədilib - Sputnik Azərbaycan
Kurs zamanı, əlilliyi və sağlıq imkanı məhdud olan uşaqlara toxuculuq, hörmə, rəsm çəkmə, suvenir hazırlama və digər peşə sahələrinə dair biliklər öyrədilib

Kurs zamanı, əlilliyi və sağlıq imkanı məhdud olan uşaqlara toxuculuq, hörmə, rəsm çəkmə, suvenir hazırlama və digər peşə sahələrinə dair biliklər öyrədilib və həmin peşənin incəlikləri əyani şəkildə nümayiş olunub. Təlimçi Zülfiyyə Salayeva təşkilat rəhbərliyinə uşaqların fərdi qabiliyyətlərindən razı qaldığı barədə məlumat verib və onların gələcəkdə müxtəlif peşələr üzrə mütəxəssis olacaqlarından əminliyini ifadə edib.

© Sputnik / "Biosfer" İctimai BirliyiTəlimçi Zülfiyyə Salayeva təşkilat rəhbərliyinə uşaqların fərdi qabiliyyətlərindən razı qaldığı barədə məlumat verib
Təlimçi Zülfiyyə Salayeva təşkilat rəhbərliyinə uşaqların fərdi qabiliyyətlərindən razı qaldığı barədə məlumat verib - Sputnik Azərbaycan
Təlimçi Zülfiyyə Salayeva təşkilat rəhbərliyinə uşaqların fərdi qabiliyyətlərindən razı qaldığı barədə məlumat verib

Layihə rəhbəri Tural Məmmədov qarşıdakı 2 ay ərzində də bu cür kursların təşkil olunacağı, yekunda uşaqların hazırladıqları əl işlərinin xüsusi sərgidə nümayiş olunacağını bildirib.

Xəbər lenti
0