Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türk vətəndaşı qəza törətdi

CC0 / Gellinger / crushAvtomobil qəzası. Arxiv şəkli
Avtomobil qəzası. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistralının 96 kilometrliyində, Qax rayonunun Qorağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

BAKI, 11 iyun – Sputnik. Qaxda Türkiyədən Azrəbaycana gələn türk vətəndaşlarının idarə etdiyi yük avtomobilləri qəza törədib.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistralının 96 kilometrliyində, Qax rayonunun Qorağan kəndi ərazisindən keçən hissəsində  qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan Türkiyə vətəndaşı, 51 yaşlı Məhəmməd Kaynarın idarə etdiyi "MAN" markalı yük avtomobili onunla eyni istiqamətində hərəkətdə olan 41 yaşlı Kaya Çalışkanın idarə etdiyi "Mercedes" markalı yük avtomobilini arxadan vurub. Qəza nəticəsində sürücü Məhəmməd Kaynar aldığı müxtəlif dərəcəli bədən xəsəratləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qarın boşluğunda qanaxma olan sürücü dərhal əməliyyata alınıb, vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.

Xəbər lenti
0