Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ərdoğanın mühafizəçisi ilə Amerikanın gizli servis agenti arasında gərginlik yaşanıb

© REUTERS / Lucas JacksonƏrdoğan Məhəmməd Əlinin cənazə mərasimində
Ərdoğan Məhəmməd Əlinin cənazə mərasimində - Sputnik Azərbaycan
Abunə olmaq
Məhəmməd Əlinin cənazə mərasimində Ərdoğanın kəbə örtüyünün bir parçasını tabutun üzərinə qoymaq istədiyi, lakin buna amerikalılar tərəfindən icazə verilmədiyi bildirilir. "Biz sonra qoyarıq" deyə Ərdoğanın istəyinə rədd cavabı verilib.

BAKI, 11 iyun — Sputnik. Amerikanın Gizli Xidmət Təşkilatı (SSA) üzvləri ilə Məhəmməd Əlinin cənazə mərasiminə qatılmaq üçün ABŞ-a gedən Ərdoğanın mühafizəçiləri arasında mübahisə yaranıb.

Sputnik haberler-ə istinadla xəbər verir ki, hələ səbəbi bilinməyən mübahisədə Gizli Xidmət agentləri Ərdoğanın qoruma şefinə hirslənib və qısa müddətli itələmə hərəkəti yaşanıb.

Məhəmməd Əlinin cənazə mərasimində Ərdoğanın kəbə örtüyünün bir parçasını tabutun üzərinə qoymaq istədiyi, lakin buna amerikalılar tərəfindən icazə verilmədiyi bildirilir. "Biz sonra qoyarıq" deyə Ərdoğanın istəyinə rədd cavabı verilib.

Bundan başqa, Ərdoğanın və Türkiyənin Diyanət İşləri rəhbəri Mehmet Görmezin "Quran" oxumaq istəyinə də izn verilməyib. Ərdoğan bundan sonra proqramını yarıda kəsərək geri dönmək qərarına gəlib. 

Xəbər lenti
0