Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın neft ehtiyatlarının həcmi açıqlanıb

© Sputnik / Murad OrujovНефтяные насосы в Баку
Нефтяные насосы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
BP şirkəti Azərbaycanın neft ehtiyatlarının həcmini açıqlayıb.

BAKI, 11 iyun — Sputnik. Azərbaycanın təsdiqlənmiş neft ehtiyatlarının həcmi 7 mlrd. barrel təşkil edir.

Bu barədə BP şirkətinin 2015-ci ilin sonu üçün hazırladığı “Energetika sahəsinin icmalı — 2016” hesabatında deyilir.

Hesabata görə, Azərbaycanda sutka ərzində 841 min barel neft istehsal olunur ki, bu da  əvvəlki illə müqayisədə 1% azdır: “Ölkədə gündəlik olaraq neft istehlakı 99 min bareldir ki, bu da 2014-cü illə müqayisədə 1,3% azdır”.

Hesabatda həmçinin deyilir ki, Qazaxıstanın neft ehtiyatlarının həcmi 30 mlrd. barrel təşkil edir. Bununla belə sənəddə qeyd edilir ki, 2005-ci ildə bu ehtiyatlar 9 mlrd. barrel, 1995-ci ildə isə 5,3 mlrd. barrel qiymətləndirilib. “Bu ölkədə sutkada 1 milyon 669 min barrel neft hasil edilir ki, bu da 2014-cü ildəki göstəricidən 1,6% azdır. Ölkənin gündəlik neft tələbatı isə 271 min barreldir ki, bu da daha əvvəlki illə müqayisədə 5,4% azdır”, — deyə hesabatda vurğulanıb.

Araşdırmalar göstərib ki, Rusiyanın neft ehtiyatlarının həcmi 102,4 mlrd. barrel, Özbəkistan və Türkmənistanın hər birinin neft ehtiyatlarının həcmi 0,6 mlrd. barrel təşkil edib. Dünyada ən böyük neft ehtiyatlarına sahib ölkə isə Venesueladır. Bu ölkənin “qara qızıl” ehtiyatlarının həcmi 300,9 mlrd. barrel, Səudiyyə Ərəbistanının 266,6 mlrd. barrel, Kanadanın isə 172,2 mlrd. barrel olub. İranda təsdiqlənmiş neft ehtiyatlarının həcmi 157,8 mlrd. barrel, İraqda 143,1 mlrd. barrel, Küveytdə isə 101,5 mlrd. barrel olub. ABŞ-a gəldikdə isə onun təsdiqlənmiş neft ehtiyatlarının həcmi 55 mlrd. barrel, Çində isə 18,5 mlrd. barrel təşkil edib.

Bununla belə Rusiya, ABŞ və Səudiyyə Ərəbistanı dünyanın ən iri neft hasilatçısı ölkələri olaraq qalır. Belə ki, Rusiyada gündəlik olaraq 10 mln. 980 min barrel, ABŞ-da 12 mln. 704 min barrel, Səudiyyə Ərəbistanında isə 12,014 mln. barrel təşkil edir. Məlumata görə, Rusiya gündəlik neft hasilatını bir ildə 1,2%, ABŞ 8,5%, Səudiyyə Ərəbistanı isə 4,6% artırıb.

Türkmənistanda gündəlik neft hasilatının həcmi son bir ildə 5% artaraq 261 min barrel, Özbəkistanda isə 3,1% azalaraq 403 min barrel olub. Gündəlik neft hasilatını ən çox artıran ölkə İran olub. Bu ölkədə gündəlik hasilat 22,5% artaraq 403 min barrel təşkil edib. Tunis isə əksinə, gündəlik neft hasilatını 14,1% azaldaraq 63 min barrelə endirib. Ən böyük neft hasilatının azalması Yəməndə baş verib. Belə ki, bu ölkədə gündəlik neft hasilatı 67,8% azalaraq 47 min barrel təşkil edib.

Bundan başqa, dünyanın ən fəal neft istehlakçıları sırasına daxil olan Rusiya son bir il ilə müqayisədə gündəlik neft istehlakının həcmini 5,2% azaltmasına baxmayaraq, bu ölkədə gündəlik olaraq 3 mln. 113 min barrel neft istehlak olunur.

2014-cü illə müqayisədə ötən il Türkmənistan sutka ərzində neft istehlakını 1,6% artıraq 146 min barrelə, Özbəkistan 0,1% azaldaraq 59 min barrelə, Belarus isə 2,4% azaldaraq 145 min barrelə endirib.

Ən böyük neft istehlakçılarından biri olan ABŞ gündəlik neft istehlakını 1,6% artıraq 19 mln. 396 min barrelə, Çin isə 6,3% artıraq 11 mln. 969 min barrelə yaxınlaşdırıb. Bundan başqa, Filippində gündəlik neft istehlakı 14,3% artaraq sutka ərzində 399 min barrelə, Slovakiyada 11,3% artaraq 78 min barrelə, Türkiyədə isə 12,5% artaraq 835 min barrelə qalxıb.

Neft istehlakının həcminin azalmasına görə siyahıda Venesueladan sonra Ukrayna gəlir. Ukraynada gündəlik neft istehlakı həcmi bir ildə 12,7% azalaraq 678 min barrel təşkil edib. 

Xəbər lenti
0