BAKI, 10 iyun — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) iş qrafiki uzadılıb və qeyri-iş günləri də daxil olmaqla banklara intensiv nağd pul xidmətlərinin göstərilməsi nəzərdə tutulub.
Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə, iş qrafikinin uzadılması Bakı şəhərində Formula 1 üzrə Avropa Qran-pri yarışlarının keçirilməsi ilə əlaqədar ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsi üçündür.
Eyni zamanda, xarici qonaq və turistlərin milli pul nişanlarının dizaynı və mühafizə elementlərinə dair məlumatlarla maarifləndirilməsi məqsədilə xüsusi broşürlər Bakı şəhərinin otellərində yerləşdirilib.