BAKI, 10 iyun — Sputnik. Samux rayonunda baş verən təbii fəlakət bədbəxt hadisəyə səbəb olub. Sputnik-in bölgə müxbiri xəbər verir ki, rayonun Qaraçanaq kənd sakini, 1966-cı il təvəllüdlü Kamil Yolçu oğlu İlyasovu sel aparıb. Hadisə, kənd sakini öz atı ilə Quşqara çayını keçərkən yaşanıb.
Boğularaq dünyasını dəyişən K. İlyasovun meyidi bu gün səhər saatlarında Qarayeri kəndi ərazisində aşkarlanıb. Meyit hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ailəsinə təhvil verilib.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdıma aparılır. Qeyd edək ki, bir neçə gündür yağan yağışlar Quşqara çayında suyun səviyyəsinin qalxmasına səbəb olub.