Azərbaycan Prezidentindən Türkiyəyə mühüm dəstək

© REUTERS / Axel Schmidtİlham Əliyev Almaniyada
İlham Əliyev Almaniyada - Sputnik Azərbaycan
Abunə olmaq
Qondarma "erməni soyqırımı" qərarına etiraz edən İlham Əliyev Bundestaqda planlaşdırılan görüşlərdən imtina edib. Nəticədə Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun toplantısı da ləğv edilib.

BAKI, 9 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev qondarma erməni "soyqırımı" qərarının qəbul olunmasına etiraz olaraq, Almaniyadakı səfər proqramında dəyişiklik edib. Sputnik TRT Avaz-a istinadən xəbər verir ki, Bundestaqın sözügedən qərarından dolayı, İlham Əliyev Almaniya parlamentində keçirəcəyi görüşlərdən imtina edib.

Almaniya parlamentinin verdiyi bu haqsız qərardan sonra Almaniyaya səfərə gedən prezident İlham Əliyev, öncədən müəyyən edilmiş proqramında dəyişiklik edib. Nəticədə Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun toplantısı da ləğv edilib.

Xəbər lenti
0