Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanla Rusiya arasında razılıq əldə olundu

© REPORTDövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Qısa zamanda ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının maneəsiz olaraq Rusiyaya göndərilməsi tam təmin olunacaq

BAKI, 9 iyun — Sputnik. Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlərin aradan qaldırılmasına dair iki ölkənin gömrük xidmətləri arasında razılıq əldə olunub. Bu barədə Sputnik-ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Yük maşınları - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Rusiya Azərbaycana qarşı da sanksiya tətbiq edir?

Bildirilir ki, DGK rəhbərliyinin, şəxsən Komitə sədri Aydın Əliyevin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı müzakirələrdən sonra məsələnin həlli istiqamətində razılıq əldə olunub. Razılığa əsasən, qısa zaman kəsiyində Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının maneəsiz olaraq Rusiyaya göndərilməsi tam təmin olunacaq.

Qeyd edək ki sön dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiyaya göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması və ya sərhəddə saxlanılması halları müşahidə olunub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirir.

Nəticədə isə qonşu ölkəyə ixrac olunan kənd təsərrüfatı malları ya geri qaytarılır, ya da uzun müddət sərhəddə yubadıldığı üçün məhsul keyfiyyətini itirir.

Xəbər lenti
0