BAKI, 9 iyun — Sputnik. Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatına görə, neft ixrac edən ölkələrin çoxu aşağı neft qiymətlərinin yol açdığı büdcə kəsirlərini azaltmaq üçün, qeyri-neft gəlirlərini artırmaqla yanaşı, xərclərini azaltmağı da diqqət mərkəzində saxlayır.
Sputnik milliyet-ə istinadla xəbər verir ki, IMF Yaxın Şərq, Şimali Afrika, Qafqaz və Orta Asiyada bəzi ölkələrin, qeyri-neft sektorunun ümumi daxili məhsula qatqısını ən az 4-6 faiz artırmaq üçün iddialı planlar açıqladığına işarə edib.
IMF Səudiyyə Ərəbistanı, Azərbaycan və Əlcəzair kimi ölkələrin ictimai xərclərini azaltdığını vurğulayıb.