SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Britaniyadan Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı çağırış

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidBöyük Britaniyanın bayrağı
Böyük Britaniyanın bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ölkənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməməyə çağırıb

BAKI, 9 iyun — Sputnik. Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərinə səfər etməməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-in Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran-pri yarışlarını izləmək istəyən ölkə vətəndaşları üçün yayılmış xəbərdarlığında bildirilir.

Xəbərdarlıqda qeyd olunub ki, "Azərbaycan tərəfini əvvəlcədən məlumatlandırmadan Dağlıq Qarabağa səfər edən hər kəsə Azərbaycana getmək qadağan olunacaq". Məlumatda vurğulanıb ki, hər il Azərbaycana 7 minə yaxın Böyük Britaniya vətəndaşı səfər edir.

Xəbər lenti
0