BAKI, 9 iyun — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə növbəti dəfə xəbərdarlıq edib. ETSN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti iyunun 13-dək davam edəcək.
Əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.