BAKI, 9 iyun — Sputnik. Dünya birjalarında neftin bahalaşması davam edir. "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,89 dollar və yaxud 1,73% bahalaşıb.
Sputnik-in məlumatına görə, "AzeriLight" markalı neftin bir barelinin qiyməti 52,37 dollara bərabər olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar artaraq 51,51 dollar təşkil edib.
Brent markalı neftin 1 barelinin dəyəri 0,17 dollar artaraq 52,68 dollar olub.