BAKI, 8 iyun — Sputnik. Milli Məclisin (MM) növbədənkənar xüsusi sessiyası iyunun 14-də keçiriləcək. Həmin plenar iclasın gündəliyi də məlum olub. MM-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, gündəlikdə 28 məsələ var.
Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, "Kənd təsərrüfatı kooperasiyası haqqında" və "Elm haqqında" qanun layihələri, "Hərbi xidmət və hərbi vəzifə haqqında" qanuna magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutan dəyişiklik, "Hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik, Miqrasiya, Vergi, İnzibati Xətalar, Mülki Prosessual məcəllələrinə, o cümlədən bir sıra qanunlara dəyişikliklər gündəliyə daxil edilib.