BAKI, 8 iyun — Sputnik. Dünya Azərbaycanlıları Assambleyasının Təşəbbüs Qrupunun rəhbəri, Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Sputnik Voicepress-ə istinadən xəbər verir ki, müraciətdə, jurnalist Rasim Əliyevin ölümündə günahkar bilinən və azadlıqdan məhrum edilən Cavid Hüseynovun atasının şəhid olması, bu günə qədər heç bir məhkumluğunun olmaması, ölkəmizin adına qazandığı uğur və nailiyyətlər, həmçinin himayəsində azyaşlı uşaqların olması nəzərə alınaraq, onun barəsində ədalətli qərar verilməsi xaiş olunub.
© SputnikDünya Azərbaycanlıları Assambleyasının Prezident İlham Əliyevə müraciətinin mətni
Dünya Azərbaycanlıları Assambleyasının Prezident İlham Əliyevə müraciətinin mətni
© Sputnik