Türkiyədə yenə terror aktı törədilib

© Photo : AA/Selahattin ErolTürkiyədə partlayış
Türkiyədə partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Midyat rayonunda Polis İdarəsinə edilən bombalı hücum nəticəsində biri polis olmaqla, 2 nəfər ölüb, 23 nəfər isə yaralanıb

BAKI, 8 iyun — Sputnik. Türkiyənin Mardin vilayətinin Midyat rayonunda Polis İdarəsinə bomba yüklü avtomobillə hücum olub. Sputnik Anadolu agentliyinə istinadla xəbər verir ki, terror aktı nəticəsində biri polis olmaqla, 2 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

Yaralıların bəziləri, Midyat dövlət xəstəxanasındakı ilk müdaxilədən sonra ətraf vilayətlərdəki xəstəxanalara aparılıb. Partlayışın təsirindən çoxlu sayda binaya ziyan dəyib. Terror hücumunun baş verdiyi yerin vətəndaşların da sıx istifadə etdiyi bir bölgə olduğu deyilir.

Xəbər lenti
0