CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Mel"in köçürdüyü gəlinlər artıq nənə olublar...

© Sputnik / Ayaz Yaşılyarpaq"Mel" ansamblı
Mel ansamblı - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, gəlin köçəcək qızın hələ ata evində ikən bütün ev işərini, uşaq saxlamağı, bir sözlə, evdarlığı öyrənməyinin vacib olmağına işarədir. Yəni qızın gəlin köçməyə hazırlığı, heç də cehiz tədarükündən ibarət deyil.

Qeyri-maddi mədəni irsin bərpası, qorunması və təbliği məqsədilə 2010-cu ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi ölkə şəhərləri arasından "əfsanələr", "folklor", "sənətkarlıq" kimi nominasiyalar üzrə "paytaxt"lar seçir. Xəbər verdiyimiz kimi 2016-cı il üçün Qusar şəhəri "Azərbaycanın folklor paytaxtı" elan edilib. 

Bununla əlaqədar olaraq rayonda tez-tez elmi-praktiki konfranslar, "dəyirmi masa"lar, konsertlər, müsabiqələr, sərgilər və başqa tədbirlər təşkil edilir. Qusar şəhəri ilə yanaşı, kəndlərin də mədəni həyatında canlanma yaranıb.

Qeyd edək ki, Qusarda folklorun çoxəsrlik ənənəsi var. Rayon əhalisinin təqribən 90 %-ini təşkil edən ləzgilər, tarixin bütün dövrlərində öz ana dillərini, adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlayıblar. Rayonun Hil kəndində milli-mənəvi dəyərləri, qədim adət-ənənələri təbliğ edən folklor ansamblının yaranma tarixi ötən əsrin yetmişinci illərinə gedib çıxır.

Kənd məktəbi "akademiya" adlandırılır

Hil kəndi üç böyük təpənin üstündə yerləşir. Həmin təpələrə onlarla yol, cığır qalxır. Yaşayış məntəqəsi dəniz səviyyəsindən, təxminən 850 metr hündürlükdə, meşə əhatəsində yerləşir. Bu qədim ləzgi kəndində azərbaycanlılar, ruslar və başqa millətin nümayəndələri bir-birlərinə qaynayıb-qarışaraq daim mehriban münasibətdə yaşayıblar.

Zəngin tarixə və böyük topluma malik kənd rayonun ilk inzibati mərkəzi olub. Hil kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Abdulşirin Orucəliyevin sözlərinə görə, kənddə ilk məktəbi xeyirxah sakinlərdən biri öz təşəbbüsü ilə təşkil edib.

"1917-ci ildə Baxış adlı şəxs Həcc ziyarətindən qayıdandan sonra evinin 1-ci mərtəbəsini xalqın balalarının ixtiyarına verib. O, türk, ərəb dillərini bildiyindən, uşaq və gənclərə əlifbanı öyrədib. Həmin təhsil ocağı "əlifba məktəbi" adlanıb", — Orucəliyev Sputnik-ə açıqlamasında deyib.

Müsahibimizin sözlərinə görə, Hil kəndindəki tam orta məktəbi "Elmlər Akademiyası" adlandırırlar: "Məktəb dünya şöhrətli professor Kərim Kərimovun adını daşıyır. Təhsil ocağının məzunlarından onlarla alim yetişib".

Cehiz hazırlığı üçün iməclik

Məlum olduğu kimi, şifahi ədəbiyyat xalqın tarixi, həyat və məişəti, adət və ənənəsi ilə qırılmaz tellərlə bağlıdır. O, hər şeydən əvvəl, mənsub olduğu xalqın canlı danışıq dilinin bütün incəliklərini özündə əks etdirir.

© Sputnik / Ayaz YaşılyarpaqHil kəndi üç böyük təpənin üstündə yerləşir, həmin təpələrə onlarla yol, cığır qalxır.
Hil kəndi üç böyük təpənin üstündə yerləşir, həmin təpələrə onlarla yol, cığır qalxır - Sputnik Azərbaycan
1/8
Hil kəndi üç böyük təpənin üstündə yerləşir, həmin təpələrə onlarla yol, cığır qalxır.
© Sputnik / Ayaz YaşılyarpaqKənd dəniz səviyyəsindən təxminən 850 metr hündürlükdə, meşə əhatəsində yerləşir.
Kənd dəniz səviyyəsindən təxminən 850 metr hündürlükdə, meşə əhatəsində yerləşir - Sputnik Azərbaycan
2/8
Kənd dəniz səviyyəsindən təxminən 850 metr hündürlükdə, meşə əhatəsində yerləşir.
© Sputnik / Ayaz YaşılyarpaqHil kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Abdulşirin Orucəliyev.
Hil kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Abdulşirin Orucəliyev - Sputnik Azərbaycan
3/8
Hil kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Abdulşirin Orucəliyev.
© Sputnik / Ayaz YaşılyarpaqAzərbaycan dili və ədəbiyyatı müəllimi Ayna Rəfiyeva.
Azərbaycan dili və ədəbiyyatı müəllimi Ayna Rəfiyeva - Sputnik Azərbaycan
4/8
Azərbaycan dili və ədəbiyyatı müəllimi Ayna Rəfiyeva.
© Sputnik / Ayaz YaşılyarpaqKənd folklor evinin direktoru Xüzəmət Paşayev.
Kənd folklor evinin direktoru Xüzəmət Paşayev - Sputnik Azərbaycan
5/8
Kənd folklor evinin direktoru Xüzəmət Paşayev.
© Sputnik / Ayaz Yaşılyarpaq“Mel” özfəaliyyət ansamblı 1978-ci ildə yaradılıb.
“Mel” özfəaliyyət ansamblı 1978-ci ildə yaradılıb - Sputnik Azərbaycan
6/8
“Mel” özfəaliyyət ansamblı 1978-ci ildə yaradılıb.
© Sputnik / Ayaz YaşılyarpaqAnsamblın quruluşlarında istifadə olunan simvolik beşik.
Ansamblın quruluşlarında istifadə olunan simvolik beşik - Sputnik Azərbaycan
7/8
Ansamblın quruluşlarında istifadə olunan simvolik beşik.
© Sputnik / Ayaz YaşılyarpaqHil kəndindəki məscid ölkə əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunur.
Hil kəndindəki məscid ölkə əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunur - Sputnik Azərbaycan
8/8
Hil kəndindəki məscid ölkə əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunur.
1/8
Hil kəndi üç böyük təpənin üstündə yerləşir, həmin təpələrə onlarla yol, cığır qalxır.
2/8
Kənd dəniz səviyyəsindən təxminən 850 metr hündürlükdə, meşə əhatəsində yerləşir.
3/8
Hil kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Abdulşirin Orucəliyev.
4/8
Azərbaycan dili və ədəbiyyatı müəllimi Ayna Rəfiyeva.
5/8
Kənd folklor evinin direktoru Xüzəmət Paşayev.
6/8
“Mel” özfəaliyyət ansamblı 1978-ci ildə yaradılıb.
7/8
Ansamblın quruluşlarında istifadə olunan simvolik beşik.
8/8
Hil kəndindəki məscid ölkə əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunur.

"Mel" ansamblının təqdim etdiyi "cehiz hazırlığı üçün iməclik" quruluşunda da daha çox qədim və zəngin mədəni irsə malik bir xalqın sadə, lakin şərəfli həyatı, dünyagörüşü, ümid və arzusu, inancı ifadə olunub. Burada ləzgi dilinin şirinliyi adamların həm əmək prosesi zamanı söhbətlərində, həm də oxuduqları nəğmələrdə hiss olunur.

Heç kəsə sirr deyil ki, gəlin köçəcək qızın cehiz hazırlığı olduqca ağır işdir. Xalça, kilim toxumaq, yun əyirib yorğan-döşək salmaq və başqa işləri görmək bəzən bir ailənin imkanı xaricində olur. 

Əvvəlki dönəmlərdə bu işlər qohum və qonşuların köməyi ilə birgə görülüb. Adamlar yığışıblar, şən söhbətlərlə, zarafatlarla bütün işi görüblər, yeyib-içib, şənlik edib dağılışıblar. Bir elin xeyir-duası ilə qurulan ailələr də möhkəm olub. 

"Mel"çilərin təqdim etdiyi quruluşda diqqəti çəkən daha bir məqam ansambl üzvlərindən birinin nehrə çalxalamağı, digərinin isə beşik başında layla deyə-deyə corab toxumağıdır. Bu, gəlin köçəcək qızın hələ ata evində ikən bütün ev işərini, uşaq saxlamağı, bir sözlə, evdarlığı öyrənməyinin vacib olmağına işarədir. Yəni qızın gəlin köçməyə hazırlığı, heç də cehiz tədarükündən ibarət deyil…

"İməclik yığışandan bəri adamlar arasında soyuqluq, biganəlik yaranıb"

Hil kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ayna Rəfiyeva hesab edir ki, iməclik vaxtı edilən maraqlı söhbət, deyib-gülmək, musiqi, rəqs işin ağırlığını unutdurur: "Bizim yerlərdə mel təkcə cehiz hazılığı ilə bağlı olmayıb. Əvvəlki dönəmlərdə bir çox işlər birgə görülüb. Məsələn, bir kasıb adama ev tikmək üçün bütün kənd camaatı öz köməkliyini edib. Xüsusilə, 2-ci mərtəbəyə kərpicləri qaldırmağa. Bahar bayramı ilə də bağlı işlərin çoxu mellə görülüb".

Mel zamanı gənc oğlan və qızların xasiyyətləri, səriştə və qabiliyyətləri ortaya çıxıb. Bu, gənclərə bir-birlərini görmək, valideynlərə isə seçim etmək imkanı verib. Beləcə mel çox yatmış bəxtləri oyadıb, düyünləri açıb. Bundan əlavə, gənclər işin çəm-çevirini böyüklərdən öyrəniblər, necə deyərlər, görüb götürüblər.

"Təəssüf ki, dövr dəyidikcə adət-ənənələrin bəziləri unudulur. Elə bu iməclik adətinin yavaş-yavaş yığışmağı da adamlar arasında soyuqluq, biganəlik yaradıb. Mən gənclərimizə tövsiyə edirəm ki, adımızla, əxlaqi dəyərlərimizlə bağlı olan və bizi qoruyan adətlərimizi unudulmağa qoymasınlar", — Ayna xanım çağırış edir.

Hil kənd folklor evinin direktoru Xüzəmət Paşayev bildirir ki, "Mel" özfəaliyyət ansamblı 1978-ci ildə yaradılıb: "İlk vaxtlar cehiz hazırlığı gördüyümüz qızlar artıq nənə olublar. Amma ssenaridə kiçik dəyişiklik etməklə proqramı vaxtaşırı ictimaiyyətə təqdim edirik. Bu, bir tərəfdən adət-ənənələrimizin qorunmasına, digər tərəfdən isə foklorumuzun yaşadılmağına xidmət edir".

Məscid qıfıllı qalıb

Hil kəndində bir əsrdən çox yaşı olan möhtəşəm məscid var. Neçə vaxtdır ki, ondan istifadə yasaqlanıb, minarəsindən "Azan" səslənmir.

Tikili ölkə əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunur. İslam inanclı Hil sakinləri "Allah evi"nin qapısı üstündəki qıfılın da tezliklə açılacağına ümid edirlər.

Qeyd: Azərbaycanda yaşayan ləzgilərin köhnə adətinə görə gəlin köçəcək qızın cehizi "mel"lə, yəni iməclik keçirməklə hazırlanıb. Qusarın Hil kəndində bu adəti təbliğ edən folklor ansamblı fəaliyyət göstərir.

Xəbər lenti
0