CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dilin bəlasına düşmək belə olur

CC0 / qimono / chooseSeçim qarşısında qalmış adam
Seçim qarşısında qalmış adam - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda əcnəbi dillərdə təhsilə maraq artır. Bəzi mütəxəssislər rus bölməsinin ləğv edilməsini təklif edirlər. Digər kəsim isə, bu addımın cəmiyyətdə intellektual böhrana səbəb olacağını düşünür.

BAKI, 7 iyun — Sputnik. "Hazırda Azərbaycanda rus dilinin inkişafı üçün böyük baza var və üstəlik təhsildə rus bölməsinin olması Azərbaycan dilinin və konkret olaraq uşaq ədəbiyyatının inkişafını ləngidir".

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Cahid İsmayıloğlu deyib. "Buna görə ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməldir. Əks halda dilin inkişafı üçün stimul, tələbat olmayacaq, dilin inkişafı ləngiyəcək", — o bildirib.

Maraqlıdır ki, Azərbaycanda övladının xarici dildə təhsil almasına çalışan valideynlərin sayı artmaqda davam edir. Xeyli sayda ailə uşaqlarını əcnəbi dildə, xüsusilə rus dilində təhsil verən məktəblərə yazdırır.

© Photo : O.Sübhanın şəxsi arxivindənОрхан Субхан, спортивный журналист
Орхан Субхан, спортивный журналист  - Sputnik Azərbaycan
Орхан Субхан, спортивный журналист

"Oğlum rus bölməsində birinci sinifdə təhsil alır, qızım da qarşıdan gələn təhsil ilindən rus bölməsində təhsil alacaq. Bu bölmədə uşaqlarımın təhsil almalarının bir neçə səbəbi var: Birincisi keyfiyyətli təhsil sistemi, gələcəkdə övladımın daha çox dil bilməsidir".

Bunu Sputnik-ə açıqlamasında paytaxt sakini Orxan Sübhan deyib. Valideun övladının rus bölməsində təhsil almasının digər üstün tərəfini də qeyd edib: "Rus bölməsində təhsil alan uşaqların daha intellektual və cəmiyyətə fərqli yanaşması mənim övladlarımın rus dili bölməsində təhsil almalarına səbəb oldu".

© Photo : E.Həsənovun şəxsi arxivindənЭльяр Гасанов, юрист
Эльяр Гасанов, юрист - Sputnik Azərbaycan
Эльяр Гасанов, юрист

Sputnik-ə danışan hüquqşünas Elyar Həsənov da, rus bölməsində təhsil alan şagirdlərlə Azərbaycan bölməsində təhsil alan şagirdlər arasında böyük fərq olduğunu deyir: "Müşahidələrim nəticəsində deyə bilərəm ki, bu bölmədə təhsil alan insanlar həyatsevər, soyuqqanlı, təmkinli, təvazökar, hər kəsə hörmətlə yanaşan, analitik düşüncəli olurlar. Amma Azərbaycan bölməsində oxuyan tələbələrdə bu xarakterlər çox zəif inkişaf edir".

"Oğlum mən verdiyim tərbiyə ilə getsə, Azərbaycan bölməsində təhsil almasını istəyəcəm, əks halda rus bölməsində oxumasına şərait yaradacağam", — Həsənov qeyd edib.

© Sputnik / Murad OrujovПрофессор Гулу Магеррамли
Профессор Гулу Магеррамли - Sputnik Azərbaycan
Профессор Гулу Магеррамли

Professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun sabiq şöbə müdiri Qulu Məhərrəmli Sputnik-ə açıqlamasında sözügedən aktual problemin iki səbəbi olduğunu dilə gətirib: "Birinci təsir Azərbaycan dilində təhsilin yüksək səviyyədə olmaması, ikinci isə son zamanlar xarici dillərə marağın artmasıdır".

Professor xarici dillərdə təhsilin olmasının heç bir problem yaratmadığını söyləyib: "Həmin şagirdlər öz ana dillərini də gözəl bilsinlər, başqa dillərdə də təhsil alsınlar. Cəmiyyətdə konkret rus dili ilə bağlı iki təhlükə görürlər. İnsalar qorxurlar ki, rus dilinin inkişafı Rusiyaya meylliliyə gətirib çıxaracaq. Digər problem isə təhsilin səviyyəsindədir".

"Mən hesab edirəm ki, rus dili bundan sonrakı 50-100 il də Azərbaycan məkanında əsas dillərdən biri olacaq. Çünki bu dildə daha çox informasiya olduğundan rus dilinə tələbat daha çoxdur. Nə zaman ki, Azərbaycan dilində keyfiyyətli təhsil veriləcək, bu zaman rus dili bölməsindən imtina etmək olar", — Q. Məhərrəmli vurğulayıb.

O, rus dilinə tələbatın artmasının Azərbaycan dilinin məhvinə gətirib çıxaracağı ilə bağlı ehtimalı inandırıcı hesab etmir: "Azərbaycan dilini biz uşaqlıqdan qavrayırıq. İngilis və rus dili bizə iş üçün lazım olur. Sadəcə biz ana dilimizi lazımınca təbliğ edə bilmirik, sevdirə bilmirik. Bunlar olmadığı üçün şüuraltı başqa meyllər yaranır. Digər dilləri bilmək lazımdır, amma öncəliklə öz ana dilini bilməli və öz dilimizdə danışmağı bacarmalıyıq".

© Photo : APAKamran Əsədov, təhsil üzrə ekspert
Kamran Əsədov, təhsil üzrə ekspert - Sputnik Azərbaycan
Kamran Əsədov, təhsil üzrə ekspert

Təhsil üzrə ekspert Kamran Əsədov isə Sputnik əməkdaşı ilə söhbətində məsələyə fərqli yanaşıb: "Hesab edirəm ki, rus dilindən imtina Azərbaycana iynənin ucu qədər də uğur gətirməyəcək. Rus bölməsində oxumaq heç də azərbaycançılıqdan çıxmaq demək deyil. Əksinə bu bölmədə oxuyan şəxslər intellektual səviyyəsinə görə, cəmiyyətə baxışına görə daha fərqli olurlar".

"Çünki rus bölməsində oxuyan uşaqlar dünya ədəbiyyatına açıq olur və daha çox informasiya almaq imkanı qazanırlar. Azərbaycanda isə bu, mümkün deyil. Eyni zamanda, qəbul imtahanında rus dilində rəqabət daha az olur, nəinki Azərbaycan bölməsində. Ayrıca, dövlət qulluğu üçün peşəkar kadrların yetişdirilməsində xarici dili bilən mütəxəssislərə daha çox önəm verilir", — ekspert bildirib.

K. Əsədov öz övladlarının rus və ingilis bölmələrində baxça təhsili aldıqlarını, gələcəkdə övladlarının orta və ali təhsilini də rus-ingilis dilində alacaqlarını əlavə edib.

Xəbər lenti
0