Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Bölgədən paytaxta": Lənkəran çayı Bakıda təqdim edildi

Abunə olmaq
Mədəniyyət və turizm nazirliyinin layihəsi çərçivəsində keçirilən tədbirlərin məqsədi Bakı sakinlərini və şəhərin qonaqlarını bölgələrin inkişafı, qədim və zəngin mədəniyyəti ilə tanış etməkdir.

Lənkəran Azərbaycanın ən füsunkar və qədim guşələrindən biridir. Bu bölgənin mətbəxinin, ənənələrinin və folklorunun bütün müxtəlifliyi Mədəniyyət və turizm nazirliyinin "Bölgələrddən paytaxta" layihəsi çərçivəsində Bakıda, Akademik Milli Dram Teatrında nümayiş etdirilib.

Mədəniyyət və turizm nazirliyinin layihəsi çərçivəsində keçirilən tədbirlərin məqsədi Bakı sakinlərini və şəhərin qonaqlarını bölgələrin inkişafı, qədim və zəngin mədəniyyəti ilə tanış etməkdir.

Bölgənin mətbəxinin özəlliyini Lənkəranın tanınmış məkanlarından birinin baş aşpazı Mehman Kərimov təqdim edib.

"Lənkəran mətbəxi çox zəngindir. Yalnız düyüdən burada 20-dən artıq orijinal yemək hazırlaya bilərlər. Ən məşhur yeməklər ləvəngi, sırdağ, balıq kababı, kükü və digərləridir. Bu bölgənin mətbəxinin gözəlliyinin sirri natural məhsullardadır ", — deyə o bildirib.

Tədbir çərçivəsində gildən və keramikadan düzələn məhsullar nümayiş etdirilib. Əsas yer isə təbii ki, Lənkəran çayına ayrılıb.

 

Xəbər lenti
0