Türk qırıcıları İraqın şimalını bombaladı

© AFP 2023 / ADEM ALTAN Türk qırıcıları
Türk qırıcıları - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri Hakurk bölgəsinə hava zərbələri endirib

BAKI, 7 iyun — Sputnik. Türkiyənin hərbi hava qüvvələrinə aid döyüş təyyarələri İraqın şimalındakı Hakurk bölgəsinə hava zərbələri endirib. Sputnik milliyet-ə istinadla xəbər verir ki, kəşfiyyat məlumatını dəyərləndirən Türkiyə Silahlı Qüvvələri, dünən 23.05-23.55 radələrində İraqın şimalındakı Hakurk bölgəsində, PKK terrorçularının sığınacaqlarını bombalayıb.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından yayılan açıqlamada, bölgədə təsbit edilən müxtəlif hədəflərin məhv edildiyi, bölgədəki separatçı terror təşkilatına aid itki və tələfatın müəyyənləşdirilməsi prosesinin davam etdiyi qeyd edilib.

Xəbər lenti
0