BAKI, 7 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan boksun əfsanəsi olan Məhəmməd Əlinin cənazə mərasiminə qatılmaq üçün ABŞ-a gedəcək. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Ərdoğan müsəlmanlar arasında da xüsusi sevgi qazanmış Məhəmməd Əlinin cənazə mərasimində iştirak etmək üzrə çərşənbə axşamı ABŞ-a yola düşəcək.
Ərdoğan Məhəmməd Əlinin ABŞ-dakı müsəlman cəmiyyətinin liderlərindən olan imam Zaid Şakir tərəfindən cümə axşamı qıldırılacaq cənazə namazında iştirak edəcək.