Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Doğulan hər bir buzova görə sahibinə pul veriləcək

© ReportAzərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əsədov: "Görülən işlərin səmərəliliyini artırmaq məqsədilə Süni Mayalama Mərkəzi yaradılıb və bir neçə aydan sonra istifadəyə veriləcək"

BAKI, 7 iyun — Sputnik. Son 2 ildə Azərbaycana 7 min 400 ədəddən artıq müxtəlif növ kənd təsərrüfatı texnikası alınıb gətirilib. Sputnik-in məlumatına görə, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Коровы в частном фермерском хозяйстве - Sputnik Azərbaycan
Azərbaycan Gürcüstandan heyvanlarin gətirilməsinə qadağa qoyub

Nazir bildirib ki, alınan kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizinin ödənməsi ilə bağlı qərardan sonra bu istiqamətdə 60 milyon manatdan çox vəsait ayrılıb. Eyni zamanda, süni mayalama ilə doğulan hər bir buzova görə sahibkara 100 manat subsidiya verilməsi qərara alınıb. Artıq payız aylarında ödəmələrə başlanılacaq.

"Görülən işlərin səmərəliliyini artırmaq məqsədilə Süni Mayalama Mərkəzi yaradılıb və bir neçə aydan sonra istifadəyə veriləcək", —deyə nazir deyib.

Xəbər lenti
0