CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcazəsiz dini kitablarla bağlı reydlər başlayır

© axar.azDini qurumlarla iş üzrə Dövlət Komitəsi
Dini qurumlarla iş üzrə Dövlət Komitəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Sabahdan etibarən dini ədəbiyyatın satışı mağazalarında növbəti monitorinqlərə başlanacaq. İcazəsiz dini kitabların satışı faktları ilə bağlı ciddi tədbirlər görüləcək.

BAKI, 6 iyun — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sabahdan etibarən dini ədəbiyyatın satışı mağazalarında növbəti monitorinqlərə başlayacaq. Bu barədə Trend-ə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

Mübariz Qurbanlı - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Dini radikalizmə qarşı mübarizəni gücləndirməliyik"

S.Heydərov deyib ki, monitorinqin məqsədi qadağan olunmuş dini kitabların, o cümlədən Komitənin icazəsi olmadan dini ədəbiyyatın və müqəddəs Ramazan ayı ilə bağlı saxta təqvimlərin satılması hallarının aşkar edilib qarşısının alınmasıdır.

Komitə sədrinin müavini bildirib ki, əgər belə hallar aşkarlanarsa, həmin şəxslər barəsində ciddi tədbirlər görüləcək: "Əgər hansısa şəxslər bu cür hərəkətlərə yol verərsə, mövcud qanunvericiliyə uyğun olaraq, bu, dini etiqad azadlığının pozulması, eləcə də dini zəmində qarşıdurma yaradılması kimi qiymətləndirilərək ona hüquqi qiymət veriləcək. Bu şəxslərin cəzalandırılması üçün aidiyyatı hüquq-mühafizə orqanları ilə birgə zəruri tədbirlər görüləcək".

Xəbər lenti
0