BAKI, 6 iyun — Sputnik. Şəkidə yerləşən Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində məhkum dünyasını dəyişib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, müəssisədə cəza çəkən, Balakən rayon sakini, 1965-ci il təvəllüdlü Bahəddin Mahamarəsul oğlu İsmayılov vəfat edib.
Hazırda ölümün səbəbləri araşdırılır. Qeyd edək ki, B.İsmayılov 2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulub.