İranlı nazir erməni həmkarına kömək təklif edib

© Vitaly Belousow / Mediabanka keçidİranın xarici işlər naziri Cavad Zərif
İranın xarici işlər naziri Cavad Zərif - Sputnik Azərbaycan
Abunə olmaq
Məhəmməd Cavad Zərif: "İran Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır".

BAKI, 5 iyun. "İran Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır".

Sputnik APA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdə deyib.

"Biz Qarabağda yaranmış son böhranda hər iki tərəfi təmkinli olmağa çağırırıq, bölgədə sülh və sabitliyin yaradılması üçün problemin həlli üçün hər növ yardım etməyə hazırıq", deyə Zərif bildirib.

Görüşdə İran və Ermənistanın xarici işlər nazirləri ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələləri müzakirə edib.

Xəbər lenti
0