BAKI, 5 iyun-Sputnik. Mərhum Roma papası II İohann Pavelin adı ilə bağlı olan müqəddəs yadigar Almaniyanın Köln kilsəsindən naməlum şəxslər tərəfindən oğurlanıb.
Bu barədə alman polisi məlumat verib. Röyter (Reuters) agentliyi alman polisinə istinadla xəbər verib ki, kilsədəki şüşə qutunun içindən 1978-2005-ci illərdə Roma papası II İohann Pavelin qan damçılarının töküldüyü parça oğurlanıb.
Şüşə qutu sabiq papanın heykəlinin ayaq hissəsində olub.
İtkinin fərqinə Köln kilsəsini ziyarət edən bir nəfər varıb.
"Baxmayaraq ki, materialın qiyməti o qədər də böyük deyil, onun mənəvi qiyməti dəfələrlə yüksəkdir", — deyə kilsənin dekanı Herd Bahner bildirib. O, oğrunu müqəddəs əmanəti geri qaytarmağa çağırıb.