BAKI, 5 iyun — Sputnik. Fransa meteoroloqları Fransanın şimalında 11 regionunda leysan yağış və burulğan ilə müşahidə olunan əlverişsiz hava şəraiti ilə bağlı “narıncı” təhlükə səviyyəsi elan edib.
Səhər regionlardan birində “qırmızı”, yəni ən yüksək təhlükə səviyyəsi elan olunsa da, sonra bu, “narıncı” ilə əvəzlənib. Aramsız yağışlardan sonra Fransanın bir neçə rayonunda böyük masştablı subasma olub. Parisdən keçən Sena çayında su səviyyəsi son 34 ildə rekord həddə çatıb, 6 metri keçib. Təhlükəsizliklə bağlı Sena çayında gəmilərin hərəkəti dayandırılıb.
Fransa Daxili İşlər Nazirliyi indiyə qədər subasma nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb. Təhlükəli rayonlardan əhali evakuasiya edilir. 20 minə qədər evin elektrik enerjisi il təchizatı dayandırılıb.