SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Binəli Yıldırım İlham Əliyevi İstanbulun üçüncü körpüsünün açılışına dəvət edib

© AP PhotoБинали Йылдырым, премьер-министр Турции
Бинали Йылдырым, премьер-министр Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin baş naziri: Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı gəlib çatıb.

BAKI, 3 iyun — Sputnik. "Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir".

Sputnik xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, Ankarada törədilən və onlarla adamın ölümünə səbəb olan terror aktından sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər etməklə türk xalqının ürəyində böyük taxt qurub.

Dağlıq Qarabağ münaqişəsinə toxunan baş nazir qeyd edib ki, münaqişənin həlli zamanı gəlib çatıb: "Bu məsələnin həllinin uzadılmasının mənası yoxdur, Ermənistanın etdiklərinə "dur" deməyin vaxtı çatıb. Türkiyə olaraq prosesi davamlı surətdə izləyirik. Beynəlxalq ictimaiyyət ikili standartlardan əl çəkməlidir. Azərbaycan torpaqları işğaldan azad edilsə bu məsələ həllini tapacaq.

Avropa ölkələri niyə Xocalı soyqırımını gündəliyə çıxarmır? Xocalı soyqırımı yüz il əvvəl deyil, yaxın tarixdə baş verib. Bunu onlar niyə görmürlər? Burada da bir ikili standart var".

B.Yıldırım deyib ki, avqustun 26-da İstanbulun üçüncü körpüsü olan Yavuz Sultan Səlim körpüsünün açılışı olacaq: "Bu səfərdən istifadə edərək Sizi Asiya ilə Avropanı birləşdirən körpünün açılşına dəvət edirəm. Açılışda Sizin də iştirakınızı arzu edirəm".

Xəbər lenti
0