Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tərtərdə partlamamış hərbi sursat tapılıb

© Photo : AzeriDefence.comСотрудник ANAMA занимается разминированием территории. Архивное фото
Сотрудник ANAMA занимается разминированием территории. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Tərtər rayonunda 1 ədəd partlamamış hərbi sursat (1 ədəd Qrad raketinin mühərrik hissəsi) aşkar olunaraq götürülüb. Gün ərzində 44 610 kv. m ərazi təmizlənib.

BAKI, 3 iyun — Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Füzuli,  Ağdam, Tərtər, Samux rayonlarında 7 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 16 partlayış yerinə baxış keçirilib.

ANAMA-dan verilən məlumata görə, baxış nəticəsində Tərtər rayonunda 1 ədəd partlamamış hərbi sursat (1 ədəd Qrad raketinin mühərrik hissəsi) aşkar olunaraq götürülüb. Gün ərzində 44 610  kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel — 3 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 568 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 489 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Xəbər lenti
0