Sputnik-in əməkdaşı qurultayda iştirak edən İsveçdəki diasporamızın nümayəndəsi Əjdər Tağızadədən münasibət alıb. Diaspor nümayəndəsinin fikirlərini təqdim edirik.
"İsveçdə həmişə azərbaycanlı olaraq aktiv fəaliyyət göstərmişik. 27 il ərzində Azərbaycanı təbliğ etməyə çalışmışıq. Mədəni fəaliyyətlərdə də Azərbaycanı təbliğ etmişik. Bu fəaliyyətdə dövlətin də köməyi çox olub. Biz Azərbaycanı mədəniyyəti ilə tanıtmaq istəyirik. İsveç vətəndaşları konsertləri, mədəni tədbirləri çox sevir və maraqla izləyirlər. İsveçdə azərbaycanlılara münasibət çox xoşdur. Günü-gündən İsveçdə Azərbaycana maraq artır".
Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edir.