SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevlə Binəli Yıldırım arasında görüş olub

© Photo : B.Yıldırımın Twitterdəki rəsmi səhifəsiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin baş naziri Binəli Yıldırımı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin baş naziri Binəli Yıldırımı qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti ilə Türkiyə Baş naziri arasındakı görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub

BAKI, 3 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 3-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə təkbətək görüşü olub. Sputnik AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.

Türkiyənin Baş naziri Binəli Yıldırımın Azərbaycana səfərinin əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0