CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev: "Serj Sarkisyan Ginnesin "Rekordlar" kitabına düşməlidir"

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiİlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində iştirak edib
İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan prezidenti Ermənistan rəhbərliyinin dörd yalanını ifşa etdi: "Mən bir cümlədə dörd dəfə yalan danışan ikinci prezident tanımıram"

BAKI, 3 iyun — Sputnik. "Mən Serj Sarkisyan qədər bir cümlədə dörd dəfə yalan danışan ikinci prezident tanımıram. O, mütləq Ginnesin "Rekordlar" kitabına düşməlidir".

Sputnik-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışındakı çıxışı zamanı deyib. Qarabağ cəbhəsində aprelin əvvəllərində baş verən hərbi kampaniya barədə fikirlərini bölüşən dövlət başçısı deyib: "Çox məhdud sayda erməni diasporu ilə sıx biznes əlaqəsində olan bəzi satılmış jurnalistlər var. Biz onların adlarını yaxşı bilirik və bu auditoriyada onların adlarını çəkmək yerinə düşməz. Onlar çalışdılar ki, Azərbaycanı günahlandırsınlar və aprelin əvvəlində baş verən döyüşləri ermənilərin qələbəsi kimi qələmə versinlər. Lakin bu, alınmadı. Çünki bizim də öz sözümüzü demək imkanlarımız var. Hamı nə baş verdiyini, aprel döyüşlərinin nəticəsinin nədən ibarət olduğunu bilir".

Dünya Azərbaycanlılarının IV Qurultayı - Sputnik Azərbaycan
Dünya azərbaycanlıları Bakıda bir araya gəliblər

İlham Əliyev Ermənistan rəhbərliyinin dünya ictimaiyyətini aldatmağa çalışdığını deyib: "Çox təəccüblüdür ki, Ermənistan rəhbərliyi bu situasiyada dünyanı aldatmağa çalışır. İlk növbədə öz xalqını, daha sonra dünya ictimaiyyətini aldadır. İndi gülünc vəziyyətə düşüblər. Deyirdilər ki, guya onlar heç bir torpaq itirməyiblər. Gah da deyirdilər ki, onlar yeni Azərbaycan torpaqlarını zəbt ediblər. Yaxud da qələbə qazandıqlarını deyirdilər. Yəni, onlar tamamilə özlərini itiriblər".

"Ermənistan prezidenti bu yaxınlarda Avrasiya İttifaqının zirvə görüşündə dedi ki, Azərbaycan apreldə bu əməlləri edib, "Dağlıq Qarabağ ordusu" vəziyyəti nəzarətə alıb və Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bu cümlədə o, dörd dəfə yalan danışıb", — Azərbaycan Prezidenti bildirib.

İlham Əliyev aprel döyüşlərini ermənilərin başladığını təkrar edərək deyib ki, Ermənistan tərəfi sülh istəmir: "Onlara məsələnin sülh yolu ilə həllinə dair təzyiqlərin artdığını görəndə və bəyan edəndə ki, status-kvo dəyişdirilsin, onlar işğal etdikləri torpaqdan çıxsınlar, nəticədə ermənilər yenə də təxribatlara əl atırlar. Aprel döyüşləri zamanı onlar bizim mövqelərimizə hücumlar ediblər. Təkcə təmas xəttində deyil, başqa istiqamətdə də kəndləri atəşə tutublar".

"2014-cü ildə də təxribata əl ataraq bizim mövqelərimizə hərbi helikopterlə hücum etmişdilər. Hətta bu bəhanədən istifadə edərək danışıqları bir il də dondurdular. Aprel döyüşləri də onların növbəti təxribatı idi. Azərbaycan ordusu onlara layiqli cavab verdi və düşməni yerinə oturtdu. İkinci yalan isə odur ki, Dağlıq Qarabağ ordusu guya vəziyyəti nəzarət altında saxlayır. Birincisi, bu, necə nəzarətdir ki, özləri etiraf edirlər ki, 800 hektar torpağı onlar itiriblər. Qeyd edim ki, bu kampaniyada Azərbaycan ordusunun azad etdiyi torpağın ölçüsü 800 deyil, 2000 hektardan çoxdur", — deyə Azərbaycan Prezidenti əlavə edib.

Dövlət başçısı qeyd edib ki, inzibati ərazisi Fizuli, Cəbrayıl rayonlarına aid olan 2000 ha-dan çox torpaq işğalçılardan azad edilib: "Ondan bir neçə dəfə çox əraziyə hazırda Azərbaycan ordusu nəzarət edir. Həmin ərazidə erməni ordusu tərpənə belə bilməz. Üçüncü yalan Dağlıq Qarabağ ordusunun olmamasıdır. Bu, sadəcə onların mifologiyasıdır. Dağlıq Qarabağda erməni silahlı birləşmələri çərçivəsində xidmət edən hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır".

Azərbaycan Prezidenti aprel kampaniyasının, guya Azərbaycanın xahişi ilə dayandırıldığı barədə erməni tərəfinin yalanını da ifşa edib: "Dördüncü yalan isə ondan ibarətdir ki, Azərbaycan Rusiyadan guya xahiş edib ki, bu döyüşlər dayandırılsın. Bu da tamamilə yalandır, Azərbaycan Rusiyadan heç bir xahiş etməyib. Bu toqquşma baş verəndən sonra Azərbaycan əks hücum əməliyyatı keçirib və dərhal lazımi mövqelərə sahib çıxıb. Bundan sonra Ermənistan ordusu 2-3 gün çalışırdı ki, həmin mövqeləri geri götürsün. Görəndə ki, buna nail ola bilmir, böyük itkilər verir, dayanmasa da, daha çox torpaqlar itirəcək və Rusiyaya müraciət etdilər".

İlham Əliyev və Mehriban Əliyeva - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyevdən konkret bəyanat: Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq

İlham Əliyevin sözlərinə görə, Rusiyanın baş qərargah rəisi bizim baş qərargah rəisinə zəng edərək, Ermənistanın atəşkəsin bərpasını xahiş etdiyini deyib: "Bununla əlaqədar bizim baş qərargah rəisi Moskvaya dəvət edildi. Ardınca Rusiya prezidenti mənə zəng etdi, eyni təkliflə çıxış etdi ki, atəş dayandırılsın. Qərara gəldik ki, aprelin 5-də atəş dayandırılsın",

"Yəni, məsələ yalnız budur. Odur ki, bir cümlədə dörd dəfə yalan danışan ikinci prezident tanımıram. O, mütləq Ginnesin "Rekordlar" kitabına düşməlidir. Təbii ki, anti-rekord kimi. Ermənistan heç olmasa, hansısa sahədə dünyada birinciliyi əldə edə bilsin. Biz hər zaman olduğu kimi bu dəfə öz qüdrətimizi göstərdik", — dövlət başçısı vurğulayıb.

Xəbər lenti
0