SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin siyasi partiyaları Bundestaqın qətnaməsini pisləyən birgə bəyanat qəbul ediblər

© REUTERS / Osman OrsalƏnənəvi Osmanlı paltarları geyinmiş Mehter üzvləri İstanbulda Alman səfirliyi qarşısında etriraz aksiyası keçiriblər
Ənənəvi Osmanlı paltarları geyinmiş Mehter üzvləri İstanbulda Alman səfirliyi qarşısında etriraz aksiyası keçiriblər - Sputnik Azərbaycan
Abunə olmaq
Bəyanatda qətnamənin səhv olduğu və iki dövlət arasındakı dost əlaqələrə xələl gətirərək, Türkiyə-Almaniya münasibətlərinə təsirsiz qala bilməyəcəyi qeyd olunur.

BAKI, 2 iyun — Sputnik. Türkiyənin iqtidar Ədalət və İnkişaf Partiyası, parlamentdə təmsil olunan müxalif Xalq-Cümhuriyyət Partiyası siyasi və Milliyyətçi Hərəkat Partiyası Almaniya Bundestaqının uydurma “erməni soyqırımı”nın tanıması ilə bağlı qətnaməsini pisləyən birgə bəyanat yayıblar.     

APA-nın məlumatına görə, birgə bəyanatda deyilir: “Biz, Türkiyə xalqının nümayəndələri, Almaniya parlamentinin ermənilərin Osmanlı dövlətində 1915-ci ildə baş vermiş köçürülmə prosesi barədə əsassız iddialarına əsaslanan ədalətsiz qərarını qəbul etmirik və qəti pisləyirik. Bu qətnamə və hüquqi, nə də tarixi baxımdan əsaslandırılmayıb”.  

Bəyanatda qətnamənin  səhv olduğu və iki dövlət arasındakı dost əlaqələrə xələl gətirərək, Türkiyə-Almaniya münasibətlərinə təsirsiz qala bilməyəcəyi qeyd olunur.  

Qeyd edək ki, kürdyönümlü Xalqların Demokratiyası Partiyası (HDP) üç partiya tərəfindən qəbul olunan bəyanatı imzalamaqdan imtina edib.  

Xatırladaq ki, Almaniya Bundestaqı bu gün uydurma “erməni soyqırımı”nın tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Almaniya parlamentinin qərarının Almaniya-Türkiyə əlaqələrinə ciddi şəkildə təsir edəcəyini bildirib.

Xəbər lenti
0