ELM

Tanınmış professor AMEA-da tutduğu vəzifədən istefa verdi

© sputnik.azQulu Məhərrəmli - teletənqidçi, BDU-nun prosefforu
Qulu Məhərrəmli - teletənqidçi, BDU-nun prosefforu - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Qulu Məhərrəmli: “Artıq bu institutda işləməyin bir mənası qalmayıb.”

BAKI, 2 iyun — Sputnik. Telekommunikasiya professoru, telejurnalist Qulu Məhərrəmli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri vəzifəsindən istefa verdoyono açıqlayıb. 

Bu barədə Sputnik-ə açıqlama verən Qulu Məhərrəmli deyib ki, artıq şöbə müdiri vəzifəsindən getməsi ilə bağlı ərizə yazıb və rəhbərliyə təqdim edib. 

“İnstitutdan öz istəyimlə uzaqlaşmaq istəyirəm. Ərizə yazıb rəhbərliyə təqdim etmişəm. Amma hələlik ərizəmə baxılmayıb” – deyə Q.Məhərrəmli bildirib. 

O, işdən ayrılmasının səbəbini belə izah edib: “Bir institutda nə qədər işləmək olar? Tofiq Hacılı rəhmətə gedəndən sonra da demişdim ki, artıq bu institutda işləməyin bir mənası qalmayıb”.

Xəbər lenti
0