SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN: bu addım Almaniya cəmiyyətinin çaşdırılmasına xidmət edir

© Photo : APAХикмет Гаджиев, глава пресс-службы Министерства иностранных дел АР
Хикмет Гаджиев, глава пресс-службы Министерства иностранных дел АР - Sputnik Azərbaycan
Abunə olmaq
XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniya Parlamentinin 2 iyun 2016-cı il tarixində qondarma “erməni soyqırımı” ilə əlaqədar qəbul etdiyi qətnaməsini şərh edib.

BAKI, 2 iyun — Sputnik. Almaniya Parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar 2 iyun 2016-cı il tarixində qəbul edilmiş qətnaməni qərəzli və qeyri-obyektiv hesab edirik. Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir. Bu fikri Almaniya Parlamentinin 2 iyun 2016-cı il tarixində qondarma “erməni soyqırımı” ilə əlaqədar qəbul etdiyi qətnaməsini şərh edən XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Almaniya Parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, o cümlədən Xocalı soyqırımına etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən “erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi və ona dair mühakimələr yürütməsi ikili standartların bariz nümunəsidir", deyə Hacıyev vurğulayıb.

Onun sözlərinə görə, "bu tarixi saxtakarlıq faktına parlament səviyyəsində münasibətin bildirilməsi Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir".   

Xəbər lenti
0