BAKI, 2 iyun — Sputnik. Türkiyənin Baş nazir Binəli Yıldırım Almaniya parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı verdiyi qərara sərt reaksiya göstərib. Sputnik haberler-ə istinadla xəbər verir ki, Baş nazir "Türkiyə bu qərarı əsla qəbul etmir. Keçmişimiz bəllidir. Üz qızardan bir şeyimiz yoxdur", — deyib.
Səfirin geri çağırıldığını deyən Baş nazir məsləhətləşmələrdən sonra atılacaq addımlarla bağlı qərar veriləcəyini söyləyib: "Türkiyənin əhəmiyyətli müttəfiqi olan Almaniyada erməni lobbisinin təhriki ilə belə bir qərar qəbul edildi. Bu, səhv bir qərardır".
"Türk millətinin keçmişi bəllidir. Bu millət keçmişiylə öyünən bir millətdir, bizim keçmişimizdə üz qızardacaq bir şey yoxdur", — Yıldırım deyib.
Baş nazir qeyd edib ki, tarixçilərin razılığa gələ bilmədiyi bir məsələ ilə bağlı Almaniya parlamentinin qərarını Türkiyə qəbul edə bilməz: "Türkiyənin Almaniyadakı səfirini məsləhətləşmələr üçün geri çağırdıq. Qərarın mətninə baxdıqdan sonra addımlar atmaqda bir saniyə belə, tərəddüd etmərik. Biz yalnız Allahın qarşısında əyilərik".