CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda qanunsuz parklamalara qarşı mübarizə gücləndirilir

© youtubeBakı-Sumqayıt yolunda tıxac
Bakı-Sumqayıt yolunda tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
Vaqif Əsədov: "Mentalitetimizlə əlaqədar olaraq, yalnız cəza tətbiq etməklə istənilən nəticəni əldə etmək olmur. Bəzi hallarda maarifləndirmə cəzalandırma tədbirlərindən daha faydalı olur"

Paytaxtda qanunsuz parklamalara qarşı mübarizə gücləndirilir
BAKI, 2 iyun — Sputnik. İyunun 2-də "Azadinform" İnformasiya Agentliyi və "Qanunsuz Parklanmalara Qarşı Mübarizə" İctimai Hərəkatının "Paytaxt yollarında təhlükəsizlik" şüarı altında təşkil etdiyi layihəyə yekun vurulub. Layihə çərçivəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sürücülər arasında maarifləndirmə işi həyata keçiriblər. Sürücülərə düzgün parklanma qaydaları izah edilib.
DYP əməkdaşları - Sputnik Azərbaycan
Ekspert və sürücülər şikayətçi, yol polisi məmnun

Sputnik xəbər verir ki, bununla bağlı bu gün keçirilən tədbirdə, "Azadinform" İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev sözügedən problemin bütün gündəmi zəbt etdiyini bildirib: "Avtomobillərin harada və necə gəldi parklanması vətəndaşlarımızın həyatı üçün əsl təhlükədir. Bu problemi biz özümüz süni şəkildə yaradırıq. İstəsək, bu xoşagəlməz hallardan qaça bilərik".

"Gəlin etiraf edək ki, 2-3 il əvvəlki tıxaclara indi rast gəlinmir. İndi gərək hər bir yol hərəkəti iştirakçısı da bu işə öz töhfəsini versin. Bu qədər yeraltı və yerüstü park yerləri qala-qala, səkilərdə, avtobus dayanacaqlarında maşın saxlamaq böyük qayda pozuntusudur. Gəlin, sonradan peşman olacağımız addımlar atmayaq", — Niftiyev bildirib.

"Qanunsuz Parklanmalara Qarşı Mübarizə" İctimai Hərəkatının rəhbəri İskəndər Quliyevin sözlərinə görə isə, son illərdə ölkəmizdə bir çox sahələrdə islahatlar həyata keçirilir: "Bu məqamda yol infrastrukturundakı yenilikləri qeyd etməmək haqsızlıq olar. Ölkəmizdə hər il yüz kilometrlərlə yeni yollar çəkilir, müasir standartlara cavab verən körpülər, avtomobil dayanacaqları inşa edilir. Bütün bunlar vətəndaşlarımızın rahatlığı, rifahı üçüm edilir".

Tədbirdə çıxış edən Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov keçirilən bu cür tədbirlərin öz müsbət nəticəsini verdiyini deyib: "Ən gözəl məqamlardan biri maarifləndirmə işində kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etməsidir. Mən əminəm ki, əvvəlki tədbirlər kimi, bu layihə də öz müsbət nəticəsini verəcək".

"Çünki artıq hamı anlayıb ki, mentalitetimizlə əlaqədar olaraq, yalnız cəza tətbiq etməklə istənilən nəticəni əldə etmək olmur. Bəzi hallarda maarifləndirmə cəzalandırma tədbirlərindən daha faydalı olur", — V. Əsədov bildirib.

Layihə zamanı fəallıqları ilə seçilən DYP əməkdaşlarına qiymətli hədiyyələr və diplomlar təqdim olunub.

Xəbər lenti
0