SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

“Чай вдвоём” qrupunun keçmiş üzvü XİN-in "qara siyahı"sından çıxarıldı

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidStanislav Mixayloviç Kostyuşkin
Stanislav Mixayloviç Kostyuşkin - Sputnik Azərbaycan
Abunə olmaq
“Чай вдвоём” qrupunun keçmiş üzvü və “A-Dessa” layihəsinin yaradıcısı Stanislav Mixayloviç Kostyuşkin Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edib.

BAKI, 2 iyun — Sputnik. Rusiya Federasiyasının vətəndaşı, müğənni, “Чай вдвоём” qrupunun keçmiş üzvü və “A-Dessa” layihəsinin yaradıcısı Stanislav Mixayloviç Kostyuşkin Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumatda bildirilir: "Məktubunda S.Kostyuşkin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb". 

"Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, S.Kostyuşkin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. S.Kostyuşkin həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib. 

S.Kostyuşkinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib", deyə XİN bəyan edib.

Xəbər lenti
0