CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yağış, rayonlarda dolu gözlənilir

© Sputnik / Fuad HasanovYağan yağış ucbatından, sel küçələri bürüyüb
Yağan yağış ucbatından, sel küçələri bürüyüb - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında iyunun 03-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

BAKI, 2 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dolu. Arxıv şəkli - Sputnik Azərbaycan
İntensiv yağışlar gəlir, rayonlara dolu düşəcək

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-27, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 03-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.

Xəbər lenti
0