BAKI, 2 iyun — Sputnik. Şəki rayonunun Cəyirli kəndində Nailə Məmmədovaya məxsus, bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 30 kv. metr olan evdə yanğın baş verib. Sputnik xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. 50 yaşlı ev sakini Nailə Soltan qızı yağışlı şimşəkli havada evdə tək qalmaqdan qorxduğu üçün qonşuda gecələməsi onun həyatını xilas edib. Yanğının ilkin səbəbinin ildırımvurma olduğu etimal edilir və fakla bağlı araşdırma işləri aparılır.