CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsmayıllıda yolun çökməsi ilə əlaqədar alternativ yol çəkilir

© ays.gov.azÇökmüş Basqal-Sulut yolu
Çökmüş Basqal-Sulut yolu - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni yol hissəsi 5 km-lik ərazini əhatə edəcək və sürüşmə zonasını kənardan keçəcək.

BAKI, 1 iyun — Sputnik. İsmayıllı rayonu Basqal-Sulut avtomobil yolunda baş vermiş sürüşmə ərazisinə alternativ yolun çəkilişi işlərinə başlanılıb. Yeni yol hissəsi 5 km-lik ərazini əhatə edəcək və sürüşmə zonasını kənardan keçəcək.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, bu gün Basqal-Sulut yolunun 10-cu kilometrliyində qeydə alınmış sürüşmə nəticəsində yolun təqribən 100-150 metrlik hissəsi çöküb. Sürüşmə yolun keçdiyi dağ yamacında böyük bir ərazini əhatə edir.

Uzunluğu 13 km, eni isə təqribən 4-5 metr olan Basqal-Sulut yolu çınqıl örtüklüdür.

Xəbər lenti
0